Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən noyabrın 18-də rayon ərazisindəki oyun zalından, oranın işçisi, Zərdab rayon sakini Ü.Bəbirlinin mobil telefonunu, habelə içərisində 30 manat və sənəd olan pulqabısını oğurlayan Hacıqabul rayon sakini Ə.Yolçuyev saxlanılıb.
Bundan başqa, Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də S.Əlirzayevanın 163 manat pulunu oğurlayan Bakı şəhər sakini Ə.Əli-Əkbərov saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.