Ağstafa sakini Qazax rayonunda bıçaqlanıb.
Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata əsasən hadisə nəticəsində Gədəbəy rayon Düz Yurd kənd sakini Ruslan Əliyev Ağstafa rayon sakini Bəşir Bilalovla şəxsi mübahisə zəmnində sonuncunu bıçaqlayıb.
Hadisə zamanı R.Əliyev B.Bilalova ilk olaraq qarın,daha sonra isə baş nahiyyəsinə bıçaqla xəsarət yetirib.Yaralı ətrafdakı insanların yarıdımı ilə Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
Keçirilən əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən R.Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.