Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də rayon ərazisindəki evdən 53.500 manat dəyərində geyim və məişət əşyaları oğurlayan Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – B.Aslanov və Q.Məmmədov saxlanılıblar.
Faktla bağlı CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.