Median.Az xəbər verir ki, Suraxanı RPİ 32-ci polis bölməsinin əməkdaşları tərəfindən oktyabrın 30-dan noyabrın 10-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən pul, sənəd, eynək, təmir-tikinti alətləri, qaynaq aparatı və elektrik naqili oğurlayan Bakı şəhər sakini B.Bayramov saxlanılıb.
Faktla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.