Daxili İşlər Nazirliyi Balakən rayonunda baş vermiş qətllə bağlı məlumat yayıb.
Azxeber.com nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 14-də Balakən rayon sakini Elvin Balayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olun.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə hadisənin həmin gün Hənifə kəndi ərazisində kənd sakini Z.Layıcov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, ilkin araşdırma zamanı 25 yaşlı Elvinin pula görə öldürüldüyü məlum olub.