Median.Az xəbər verir ki, noyabrın 12-də H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini E.Ağaməmmədov vurulub.
Nəticədə piyadaya xəstəxanada tibbi yardım göstərilib.
Nizami RPİ 23-cü polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Qasımov saxlanılıb.
Araşdırma aparılır.