Median.Az xəbər verir ki, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-dən 10-dək olan müddətdə şəhər ərazisindəki 3 evdən təmir-tikinti alətləri, elektrik naqili, televizor və samovar oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Həsənov saxlanılmışdır.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.