Median.Az xəbər verir ki, Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da Bakı şəhər sakinləri Ə.Adıgözəlovanın 3500 manat və Ş.Sadiqinin 588 manat pulunu dələduzluq yolu ilə ələ keçirən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məhərrəmova saxlanılıb.
Faktla bağlı CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.