Bakıda qızıl satıcısına qarşı külli miqdarda dələduzluq edilib.
Bununla bağlı oxu.az-a Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib.
Belə ki, 2017-2018-ci illərdə Aynurə adlı şəxs Bakı şəhərində qızıl satışı ilə məşğul olan şəxsi aldadaraq, ondan 120 min 605 manat dəyərində qızı-zinət əşyaları alıb.
Baş verən dələduzluqla bağlı qızıl satıcısı dünən polisə şikayət edib.
Faktla bağlı araşdırma aparılır.