Median.Az xəbər verir ki, noyabrın 8-də Ucar rayonunun Məlikballı kənd sakini K.Daşdıyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Ucar RPŞ-yə məlumat daxil olub.
Araşdırma zamanı, naməlum şəxsin K.Daşdıyevə bıçaqla xəsarət yetirib mobil telefonunu alması müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törədən Bağman kənd sakini R.Orucov saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.