Aparıcı Xose Bernardo və Rəfael Hüseynovu bıçaqlayan şəxs saxlanılıb.
Hüquq-mühafizə orqanlarından oxu.az-a verilən məlumata görə, hadiəsəni törədən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov Pirallahı RPŞ-nin keçirdiyi əməliyyat axtarış tədbirləri ilə tutulub.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. O, gecə saatlarında bıçaqlanıb.
Faktla bağlı cinayət işi başlanıb.