Bakıda avtomobildən oğurluq etməkdə şübhəli bilinən gənc qadın tutulub.
Bu barədə oxu.az-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.
Oğurluq oktyabrın 31-də saat 17:00 radələrində Telnova küçəsində törədilib. Belə ki, 1966-cı il təvəllüdlü Maarif Əliyevə məxsus “Mercedes” markalı avtomobildən 250 manat oğurlanıb. Oğru avtomobilin qapısının kilidlənməməsindən yararlanıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 34-cü polis bölməsinin əməkdaşları şübhəli bilinən 1982-ci il təvəllüdlü E.Büniyatovanı saxlayıblar.
Müşahidə kameraları sayəsində qadın saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır. Əgər saxlanılan şəxsin digər avtomobil oğurluqları ilə əlaqəsi ortaya çıxarsa, həbs olunacaq. Əks təqdirdə, inzibati cəza - cərimə cəzası alacaq.