Median.Az xəbər verir ki, Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki mağazadan tütün məmulatı və spirtli içki oğurlayan Bakı şəhər sakinləri T.Rəhimov və əvvəllər məhkum olunmuş S.Abasov saxlanılıblar.
Araşdırma zamanl T.Rəhimovun CM-nin 177 (oğurluq) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə axtarışda olması məlum olub.
Xəzər RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb.