Salyanda törədilən qətlin bəzi təfərrüatları məlum olub - FOTO - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Salyanda törədilən qətlin bəzi təfərrüatları məlum olub - FOTO - YENİLƏNİB

Salyanda qətlə yetirilən qadının anası hadisənin bəzi təfərrüatları barədə danışıb.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, bu gün saat 12 radələrində Salyan şəhəri Ağa Mirbağır Bağırzadə küçəsində qətl hadisəsi baş verib.

Salyan şəhər sakini, 1982-ci il təvəllüdlü Nahid Zeynalabdin oğlu Hüseynov depressiya halında Y.Zərgərli küçəsində evinə yollanan zaman yaxınlıqda yaşayan 1980-cı il təvəllüdü Sadıqov Zaur Hüseynağa oğlunun bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirib. Daha sonra yaşadığı evə gedərək orada həyat yoldaşı, 1983-cü il təvəllüdlü İlahə Abdurrəhman qızı Hüseynovanı başından, boynundan və bədəninin digər nahiyələrindən 15 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Qətl hadisəsini törətdikdən sonra özünə də çoxsaylı bıçaq xəsarətləri yetirərək qollarını doğrayıb. Başından və bədənindən xəsrət alan Zaur Sadıqov xəstəxanaya yerləşdilib. Nahid Hüseynov isə xəstəxanada ambulator yardım göstərildikdən sonra polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Qətlin təfərrüatları barədə bəzi məlumatlar əldə edilib. Qətlin qısqanclıq zəminində baş verdiyini deyən mərhum İ.Hüseynovanın anası Ağannə Axundova APA-ya bildirib ki, kürəkəni qızına şər atıb: “Guya o başqası ilə gəzirmiş. 12 il idi ki, əri qızımı evində dustaq kimi saxlayırdı. Öldürməzdən əvvəl qızımın başına bıçaqla vuraraq onu eləmədikləri əməlləri barədə yazmağa məcbur edib. Bundan sonra 3 övladının gözü qarşısında başını kəsərək öldürüb. Narkotik istifadəçisi idi. Özü də ağırından istifadə edirdi. Həm də narkotik satırdı, başdan ayağa kriminal idilər”.

Hələlik N. Hüseynov tərəfindən bıçaqlanan Zaur Sadıqovun baş verən hadisəyə hansı dərəcədə aidiyyəti olduğunu istintaq araşdırır. Onun bildirdiyinə görə, N.Hüseynovun sadəcə tanış olublar. Əlavə edib ki, onunla sıx münasibətləri olmayıb.
Faktla bağlı istintaq işləri davam etdirilir.

***

Salyanda həyat yoldaşını öldürən şəxsin daha bir nəfəri bıçaqladığı məlum olub.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, araşdırmalar zamanı müəyyən edilib ki, arvadını bıçaqlayaraq qətlə yetirən, 1982-ci il təvəllüdlü Nahid Huseynov 1980-cı il təvəllüdü Sadıqov Zaur Hüseynağa oğlunu da bıçaqlayıb. N.Hüseynov daha sonra bıçaqla özünə xəsarət yetirib.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

***

Salyanda baş verən bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 1-i saat 12 radələrində Salyan rayonu ərazisində 1983-cü il təvəllüdlü İlahə Hüseynovanın üzərində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evdə aşkar olunmasi faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib: “İlkin istintaqla hadisənin qadının əri, Salyan rayon sakini, 1982-ci il təvəllüdlü Nahid Huseynov tərəfindən ailə münaqişəsi zəminində bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. N.Huseynov şübhəli şəxs qismində istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 529 01.11.19 21:23