İçərişəhərdə yeni park salınır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

İçərişəhərdə yeni park salınır

“Artıq 3 aydır Qoşa Qala qapılarında restavrasiya işlərinə başlamışıq. Bu böyük proses olduğu üçün restavrasiya və bərpa-konservasiya işləri bir müddət davam edəcək”.

Bunu "Report”un sorğusuna cavab olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Riad Qasımov deyib.

Onun sözlərinə görə, İçərişəhər ərazisində yeni park da salınır: “Həmçinin Bakı Xanlarının Sarayında restavrasiya işləri aparılır. İlin sonuna qədər bərpa işləri bitəcək və yeni muzey ekspozisiyası yaradılacaq. Həmin ərazidə 3 il əvvəl tapılmış yeraltı hamamla Bakı Xanlarının Sarayı arasında böyük park salınır. Bu istirahət guşəsi bütün sakinlər, Bakı şəhərinin qonaqları üçün nəzərdə tutulub. İnşallah ilin sonunda həmin ərazi təhvil veriləcək”.

Qeyd edək ki, 2019-cu ilin may ayında Qoşa Qala qapılarında bərpa işləri başlayıb. Bərpa-konservasiya işləri Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilir.

Layihəyə əsasən, Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həm də Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya ediləcək. Bu işlər öncə Qala divarlarının daxili hissəsindən başlayıb.

Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib, yalnız 2011-2012-ci illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 284 27.07.19 18:30