Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:34 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır | 14:23 Metronun iş vaxtı dəyişdirilir | 13:53 Azərbaycanda vəzifəli şəxslərə yeni məhdudiyyətlər qoyulur | 13:22 Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ | 13:11 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır | 12:51 Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq: Şirkət direktoru hakim qarşısında | 12:50 Sərxoş halda dəfələrlə "102"yə zəng edən şəxs həbs olundu | 12:49 Nağdsız ödənişlərlə bağlı yeni dövlət proqramı hazırlanır | 12:48 Azərbaycan nefti ucuzlaşıb | 12:40 Huanqın "Nvidia"ya qayıdışı onun sərvətini 34 milyard dollar artırdı | 12:27 Ceki Çan qayıdır: "Pik saatı 4" filmi uzun danışıqlardan sonra təsdiqləndi | 12:23 HPV peyvəndinin Azərbaycanda tətbiqi gözlənilir: Tanınmış həkim DANIŞDI | 12:21 Əsginasın həqiqi olub-olmadığını necə yoxlamaq olar? | 12:13 Minimum əməkhaqqı 700 manat ola bilər? – AÇIQLAMA | 12:08 İlham Əliyev Monteneqronun baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib | 12:04 Atasının qətlini sifariş verən şəxs və tanışları yenidən məhkəmə qarşısında | 12:02 Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" | 11:58 Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb | 11:57 Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib | 11:56 Bakıda quraşdırılacaq yeni işıqforların hərəkət qaydaları açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan karbamidinin kütləvi ixracı başlayıb - FOTO

07.06.2019 12:43 5 370
Azərbaycan karbamidinin kütləvi ixracı başlayıb - FOTO
Bu il mayın 25-də SOCAR-ın Sumqayıtda yerləşən Karbamid zavodundan kütləvi olaraq Azərbaycan karbamidinin ilk tədarükü başlayıb.

Report-un xəbərinə görə, karbamid “SOCAR Carbamide” zavodunda maşınlara yüklənir və gəmilərə yüklənmək üçün Hövsan beynəlxalq limanına göndərilir.

İyunun 5-də ilk Azərbaycan karbamidini daşıyan “Phobus” (00:50) və “Coral” gəmiləri limandan yola çıxıb.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi “Caspian EPC Company” şirkəti ilə birgə nəql ideyasının müəllifləridirlər, həmçinin, əvvəldən axıradək logistika zənciri prosesini tənzimləyir və nəzarət edir.

İlk karbamidin alıcısı “Integral Petroleum” şirkətidir. Treydinq və logistika şirkəti olan “Integral Petroleum” 2008-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradılıb. Hazırda o, Qafqaz-Xəzər regionu, Mərkəzi Asiya və Mərkəzi Amerika ölkələri bazarlarında fəal iş görür.

Həmçinin, nəql layihəsində Hövsan beynəlxalq limanının operatoru olan “Global Transport Partners Company” şirkəti, SOCAR və “Integral Petroleum” arasında sürveyer şirkəti olan “SGS” şirkəti, karbamidin fasiləsiz nəqli və yüklənməsi üçün yük maşınları verən “166 Yükdaşıma və Logistika” şirkəti iştirak edib.

“Integral Petroleum” şirkəti öz məktubunda bütün layihə iştirakçılarına minnətdarlığını bildirib və Azərbaycan karbamidinin yüksək keyfiyyətdə olduğunu qeyd edib.

Sumqayıt kimya sənaye parkında inşa edilən SOCAR-ın Karbamid zavodu 16 yanvar 2019-cu il tarixində istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək qabiliyyətindədir.

İstehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək. Karbamid zavodu hazırda ölkənin qeyri-neft sektorunda reallaşdırılan ən iri layihədir, onun ümumi dəyəri təqribən 800 milyon avro təşkil edir.









Son xəbərlər