Azərbaycan Novorossiyskə neft nəqlini bərpa edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:41 Azərbaycanda bəzi kursantlara ödəniş ediləcək  |     16:41 Temperatur düşəcək, leysan yağacaq  |     16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |     16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |     16:03 Səmayə Piriyeva vəfat etdi  |     15:52 Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu  |     15:48 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib  |     15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |    

Azərbaycan Novorossiyskə neft nəqlini bərpa edir

Azərbaycan Bakı-Novorossiysk boru xətti ilə neft nəqlini iyulun 1-dən etibarən bərpa edəcək.

“RİA Novosti”nin məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov bildirib.

“Neftin nəqli iyulun 1-dən bərpa olunacaq”, - deyə o, jurnalistlərə bildirib.

Xatırladaq ki, Bakı-Novorossiysk kəməri ilə neft nəqli planlı yoxlama işləri ilə əlaqədar, martın ortalarında müvəqqəti olaraq dayandırılmışdı. SOCAR rəsmisi İbrahim Əhmədov neft boru xəttində yoxlamaların aparıldığını, aşınma və nasazlıqların aşkarlanaraq təmir olunduğunu bildirmişdi.

“Transneft” şirkəti prezidentinin müşaviri İqor Demin bundan əvvəl mart ayında “RİA Novosti”yə verdiyi açıqlamada Bakıdan neft nəqlinin dayandırılmasından sonra “SOCAR”ın rəsmi şəkildə törəmə “Çernomortransneft” şirkətini Azərbaycandan neftin nəqlinin müvəqqəti olaraq Bakı-Tbilisi-Ceyhan” neft kəməri sistemi ilə gerçəkləşdiriləcəyi ilə bağlı məlumatlandırdığını bildirib.

Onun sözlərinə görə, Bakı-Novorossiysk xətti ilə neft nəqli məcburiyyətdən - aşkarlanmış nasazlıqların aradan qaldırılması ilə əlaqədar dayandırılıb.

Qeyd edək ki, Bakı-Novorossiysk neft boru xətti 1,33 min kilometrdir. Kəmərin Azərbaycandan keçən hissəsinin əməliyyatçısı SOCAR-dır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 509 29.05.19 12:26