Bu gün Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin 3-сü toplantısı öz işinə başlayıb.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda İttifaqa daxil olan 30 ölkədən - Albaniya, Azərbaycan, Banqladeş, Misir, Gürcüstan, Yunanıstan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Moldova, Türkiyə, İspaniya, Rusiya, İsrael, Ukrayna, Tunis, Mərakeş, İordaniya, Bolqarıstan, Çin, Özbəkistan, Polşa, Pakistan, Macarıstan, İndoneziya, İtaliya, Portuqaliya, Litva, Şri Lankadan 33 gənclər təşkilatının nümayəndəsi iştirak edir.
Mayın 19-dək davam edəcək tədbirdə İttifaqın siyası sənədlərinin qəbul edilməsi, İttifaqın beynəlxalq əməkdaşlıq üzrə siyasətinin müəyyənləşdirilməsi, gənclər siyasəti və təşkiılatın strateji fəaliyyəti ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə keçirilən toplantının açılış mərasimində Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov, Prezident Administrasiyasının Gənclər və idman siyasəti şöbəsinin məsləhətçisi Aydan Kərimli, eləcə də yerli gənclər təşkilatlarının sədrləri iştirak edib.
Qeyd edək ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012- ci ildə təsis olunub. İttifaqa hazırda İpək Yolu üzərində yerləşən və ona qonşu olan 30 ölkədən gənclər təşkilatları üzvdür.