Problemli kreditlərlə bağlı elektron portal hazırlanıb. İstənilən şəxs portaldakı müvafiq bölməyə daxil olmaqla alacağı kompensasiya məbləğini öyrənə bilər. Bu barədə məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasında keçirilən təqdimat mərasimində verilib. Qeyd edilib ki, bu gündən aprelin sonunadək vətəndaşlara sms göndəriləcək və onlar növbəli şəkildə banka çağırılacaqlar.
Median.Az xezerxeber.az-a istinadən bildirir ki, problemli kreditlərlə bağlı kompensasiya veriləcək şəxslərin siyahısı açıqlandı...
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən problemli kreditlərlə bağlı elektron portal hazırlanıb. Təqdimat mərasimində bildirilib ki, portalda hesablanmış kompensasiya məbləği ilə yanaşı, məbləğin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətəndaşa çatan hissəsi, həmçinin, restruktrizasiya güzəştinin şamil olunacağı cari kreditlər barədə məlumatlar var.
Problemli krediti olan istənilən şəxs portaldakı müvafiq bölməyə şəxsiyyət vəsiqəsinin məlumatlarını və mobil nömrəsini qeyd edərək ona hesablanan məbləği öyrənə bilər.
Bu gündən aprelin sonunadək vətəndaşlara SMS göndəriləcək və onlar növbəli şəkildə banka çağırılacaqlar. Bağlanan bankların müştərilərinə isə "Azərpoçt" MMC tərəfindən SMS məlumat göndəriləcək. Kompensasiyaların verilməsinə gələn ayın sonuna kimi başlanılacaq.