Maşın bazarında ucuzlaşma olacaq - EKSPERT » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:41 Temperatur düşəcək, leysan yağacaq  |     16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |     16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |     16:03 Səmayə Piriyeva vəfat etdi  |     15:52 Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu  |     15:48 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib  |     15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |    

Maşın bazarında ucuzlaşma olacaq - EKSPERT

Dünyanın bir çox yerində olduğu kimi, Azərbaycanda da avtomobillərə maraq yüksəkdir. Bəzən qiymətlərin qalxması və başqa səbəblər bazarda durğunluğa səbəb olur. Amma bu durğunluq uzun sürmür.

Bəs hazırda avtomobil bazarında vəziyyət necədir?

Median.Az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan istisadçı ekspert Vüqar Bayramov deyib ki, hazırda avomobil bazarında canlanma yoxdur, yanvar ayından başlanan durğunluq davam edir:

"Amma qiymətlərin sabitləşməsi müşahidə olunur. Öncədən proqramlaşdırmışdıq ki, ölkəyə idxal olunan avtomobillərə tətbiq edilən aksiz vergisi qiymətlərin artmasına gətirib çıxaracaq. Bu baş verdi, amma tələb aşağı olduğu üçün, xüsusilə fevraldan etibarən müşahidə edilən durğunluq nəticə etibarı ilə qiymətlərin müəyyən stabilləşməsinə səbəb oldu. Qiymətlər stabilləşsə də, tələb aşağıdır, bu da durğunluğun davam etməsinə gətirib çıxarır. Qiymət artımlarından sonra biz müşahidə etdik ki, avtomobil satanların sayı artdı, alanların sayı isə azaldı. Avtomobillərə tətbiq edilən aksiz vergisinin artmasından sonra ölkəyə idxal olunan avtomobillərin sayında da azalma qeydə alındı. Hələlik avtomobil bazarında canlanma gözlənilmir. Güman olunur ki, növbəti aylarda qiymət artımı qeydə alınmayacaq, əgər durğunluq davam edərsə, bu, qiymətlərin müəyyən qədər azalmasına səbəb ola bilər".

Ekspert bildirib ki, Azərbaycanın istehsal etdiyi avtomobillər hələlik daha çox dövlət sifarişi əsasında istifadə edilir:

"Bazarda yerli istehsal avtomobilləri olsa da, sayı çox deyil. Hələlik yerli istehsah bazara təsirini göstərmir, bəlkə yerli istehsal gələcəkdə bu vəziyyəti dəyişə bilər. Həmin avtomobillərə olan inamın formalaşması çox vacibdir. İnam yaranarsa, yerli istehsal gələcəkdə bazarda müəyyən paya sahib ola bilər. Hazırda isə bazarda olan vəziyyətə ciddi təsir göstərə bilmir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 636 27.03.19 21:06