Sənədlər yoxlanılıb, əlavə vergi hesablanıb - Kameralın nəticəsi » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:46 Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə şərti cəza verildi  |     17:41 Azərbaycanda bəzi kursantlara ödəniş ediləcək  |     16:41 Temperatur düşəcək, leysan yağacaq  |     16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |     16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |     16:03 Səmayə Piriyeva vəfat etdi  |     15:52 Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu  |     15:48 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib  |     15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |    

Sənədlər yoxlanılıb, əlavə vergi hesablanıb - Kameralın nəticəsi

2018-ci ildə aparılan kameral yoxlamalar nəticəsində Vergilər Nazirliyi təsərrüfat subyektlərinə ümumilikdə 431,7 mln. manat məbləğində əlavə vergi hesablayıb.

Bu 2017-ci ilin göstəricisindən 0,4% çoxdur. Lakin hesablanan kameralın yalnız 167,8 mln. manatı dövlət büdcəsinə köçürülüb, bu da 2017-ci ilin göstəricisindən 2,9% azdır.

Səbəb isə budur ki, kameral yoxlamalarla bağlı yerdə qalan vergi hesablanması üzrə məsələlər mübahisələndirilib və ya ödənişində gecikmə var.

Qeyd edək ki, kameral yoxlamalar yalnız maliyyə sənədləri əsasında məsafədən həyata keçirilir və vergi ödəyicisinə məlumat verilir. Vergi ödəyicisi isə 5 gün ərzində bu yoxlamaların nəticələrindən şikayət vermək hüququna malikdir.

Cari ildə Tax Free sistemi çərçivəsində isə müştərilərə 2 mln. 395,6 min manat qaytarılıb ki, bu da 2017-ci ilin göstəricisindən 17,5% çoxdur. Bu sistemin tətbiq olunduğu 2016-cı ildən etibarən ümumilikdə fiziki şəxslərə 5 mln. 123,9 min manat qaytarılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 307 13.03.19 12:28