Əhali əlindəki manatı dollara çevirir » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:25 Ötən il 58 kişi gender əsaslı zorakılığa məruz qalıb - FOTO  |     12:22 Bakıda məşhur hotel bağlandı - VİDEO  |     11:47 İranda ard-arda zəlzələlər olub  |     11:40 Gecə Bakıda çoxmərtəbəli binada yanğın olub  |     11:33 Azərbaycanda gənc ana doğuşdan sonra ölüb  |     11:25 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb  |     11:02 Azərbaycanda iş adamı qəfil vəfat etdi  |     22:56 Bu ayın sonunda Putin və Tramp görüşəcək  |     22:42 KİV: ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir  |     22:35 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:34 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:20 Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)  |     22:12 Ukraynanı qorumağın ən ucuz yolu budur - Berbok  |     22:06 Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək"  |     21:53 Rauf Məmmədov: "Çempionluğu atama həsr etmək istəyirəm"  |     21:39 Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi  |     21:25 Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb  |     21:21 Putin-Tramp görüşü bu tarixdə keçirilə bilər  |     21:17 Egey dənizində 4,9 maqnitudalı zəlzələ baş verib  |     20:57 Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram"  |    

Əhali əlindəki manatı dollara çevirir

Azərbaycan əhalisi xarici valyuta alışını artırıb. 2019-cu ilin yanvar ayında banklar tərəfindən nağd 163 milyon 671 min dollar alınıb, 299 milyon 627 min dollar isə satılıb.

Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatın müqayisəsi göstərir ki, ötən ilin yanvar ayı ilə müqayisədə, əhalinin banklara satdığı dolların həcmi azalıb, banklardan dollar alışı isə əksinə, artıb.

Xatırladaq ki, 2018-ci ilin yanvarında bankların dollar alışı 195 milyon 667 min dollar, satışı isə 162 milyon 487 min dollar təşkil etmişdi.

Bu nisbət 2018-ci ilin sonu ilə müqayisədə, fərqlidir, çünki ilin sonunda manatın devalvasiyası ilə bağlı söz-söhbətlərin artması dolların alışı və satışını artırmışdı. Xüsusən ötən ilin dekabrında bankların dollar satışının həcmi 2019-cu ilin yanvarındakından iki dəfə çox - 584 milyon 218 min dollar olmuşdu.

Qeyd edək ki, yanvar ayında banklar tərəfindən 29 milyon 675 min avro alınıb, 59 milyon 408 min avro satılıb və hər iki göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 803 12.03.19 16:10