Bir aya 20 manat xərc: Azərbaycanlılar niyə elektromobilə keçmirlər? » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |    

Bir aya 20 manat xərc: Azərbaycanlılar niyə elektromobilə keçmirlər?

2018-ci ildə dünya elektromobil bazarında sıçrayışlı artım qeydə alınıb və 1.9 mln. ədədə yaxın elektromobil satılıb.

Artıq 2019-cu ildən Azərbaycana elektrik avtomobillərinin idxalı ƏDV-dən azad edilib.

Bununla yanaşı, elektrik avtomobili idxal edərkən indi yalnız avtomobilin dəyərinin 15 faizi həcmində rüsum ödəmək lazım olacaq.

Elektromobillərə maraq azdır

Qeyd edək ki, son illər bütün dünya ekologiyaya maksimum az zərər verməklə yaşamağa çalışır. Bu yolda atılan addımlardan biri də benzinlə işləyən avtomobillərin əvəzinə elektromobillərdən istifadənin genişləndirilməsidir.

Ətraf mühitə zərər vermədən işləyən bu avtomobillər artıq bir çox ölkələrdə geniş populyarlıq qazansa da, hələ ki, Bakı küçələrində gözə dəymir. Halbuki ən bahalı avtomobilləri istehsal olunandan bir müddət sonra dərhal şəhərimizdə görmək mümkündür. Artıq bir çox ölkələr avtomobil parkını elektromobillərlə yeniləməyi qarşısına məqsəd qoyub. 

Azərbaycana gəlincə, bu avtomobillərin sayının 100-ə çatdığı qeyd edilir və səbəb olaraq, elektromobillərin inkişafı üçün müvafiq strukturun, enerjidoldurma stansiyalarının sayının azlığı, eləcə də, qiymətlərinin baha olması göstərilir.

Klassik avtomobil bazarının böyüməsi dayandı

İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, 2018-ci ildə 2017-ci illə müqayisədə, təxminən 70%-lik artım qeydə alınıb və ümumi satışın həcmi 1.9 mln. ədədə yaxın olub. 2017-ci ildə isə elektromobil satışının həcmi 1.2 mln. ədəd olmuşdu. Elektromobil inqilabı artıq sərhədlərimizə də çatıb, belə ki, Rusiyada 2018-ci ildə elektromobil satışı 72% artıb.

Ən son məlumata görə, hazırda ABŞ və Kanadada istifadəyə verilmiş bir elektrik stansiyasına orta hesabla 30 elektromobil düşür, Rusiyada isə bu göstərici altı ədəddir.

Başqa maraqlı məlumat odur ki, daxili yanma mühərriki ilə işləyən klassik avtomobil bazarının böyüməsi 2018-ci ildə artıq başa çatıb, halbuki 1-2 il əvvələ qədər bu prosesin 2022-ci ildə baş verəcəyi proqnozlaşdırılırdı.

“Bu, o deməkdir ki, bundan sonra dünyada avtomobil bazarının böyüməsi yalnız elektromobillər hesabına baş verəcək və nəticədə, yaxın 10 ildə dünya üzrə avtomobil parkında elektromobillərin payının hazırkı 3%-dən ən azı 15-20%-ə çatması mümkün olacaq.

Daha bir ümidverici proqnoz odur ki, artıq 2025-ci ildə elektromobillərin qiyməti ənənəvi avtomobillərdən ucuz olacaq. Nəzərə alsaq ki, neft istehlakının az qala yarısı avtomobil sənayesi ilə bağlıdır, neftə qlobal tələbatı da bu bazarda baş verənlər əhəmiyyətli dərəcədə həll edəcək”.

Aylıq xərc 15-20 manat

Ekspertlərin fikrincə, elektromobillərin Azərbaycana gətirilməsi üçün böyük bir infrastruktur qurulmalıdır ki, bu da böyük vəsait tələb edir.

Avropada bu bir tələbdir və xidmət, eləcə də, ticarət mərkəzləri 30 avtomobil üçün enerjidoldurma stansiyası qurmağı öz üzərinə götürür. Üstəlik, elektromobillərin qiyməti neft məhsulları ilə işləyən avtomobillərdən təxminən iki dəfə bahadır, ona görə də bu avtomibillərin alıcısı da müəyyən kateqoriyadır. 

Buna baxmayaraq, artıq bəzi tanınmış markaların Bakı nümayəndəlikləri elektromobil satışı ilə bağlı fəaliyyətlərini aktivləşdiriblər. Məsələn, Bakıda 165 km/saat sürətə malik “İONİQ Electric” markalı avtomobil satılır, qiyməti isə 64 min 600 manatdır. Deyilənə görə, avtomobilin idarə edilməsi üçün enerji üzrə aylıq xərc 15-20 manatdan yüksək deyil.

“Yol xəritəsi”nə salınıb

Azərbaycanda elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsi üçün infrastruktur yaradılması nəzərdə tutulub. Bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə bildirilir. 

Sənəddə qeyd olunub ki, elektrik enerjisi sektorunun pərakəndə satış komponenti ilə bağlı iki mühüm məqsəd prioritetləşdiriləcək:

“Birincisi, sənaye və kommersiya sahəsində Avropanın enerji səmərəliliyi səviyyələrinə çatmaqdır. Hər iki sahədə dövlət müxtəlif enerji səmərəlilik metodologiyalarını stimullaşdıracaq. Məsələn, enerjidən səmərəli istifadə edən binaların və məhsulların təbliği həyata keçiriləcək.

İkincisi, elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsi üçün tələb olunan infrastrukturu qurmaqdır. 2020-ci ildən etibarən respublikada elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə edilməsi gözlənilir.

Azərbaycanda bunun üçün tam formalaşmış elektrik enerjisi infrastrukturunun yaradılması ilkin şərt kimi nəzərdən keçirilir”.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 631 11.01.19 12:27