Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Pensiya təyinatı avtomatlaşdırıldı: ilk pensiyaçı məlum oldu

07.01.2019 18:46 6 566
Pensiya təyinatı avtomatlaşdırıldı: ilk pensiyaçı məlum oldu
Azərbaycanda yanvarın 1-dən etibarən avtomatlaşdırılmış şəkildə pensiya təyinatı aparılır.

Bu il yanvarın 1-də ad günü olan Ramazan Şabanov kompüter proqramının seçdiyi ilk təqaüdçü olub.

R.Şabanova ad günündə zəng vuran nazirliyin işçiləri onun 64 yaşının tamam olduğunu və pensiyaya çıxdığını bildiriblər və aylıq pensiyasının 490 manat hesablandığını deyiblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təqaüdçüyə pensiya kartını təqdim edərək, onun elektron xidmət barədə fikirlərini dinləyib.

Nazirin sözlərinə görə, 36 min şəxsin pensiya təminatı məhz bu sistem vasitəsilə rəsmiləşdiriləcək və nəticədə uzun-uzadı vaxt itirmələrin, çoxsaylı sənədləşmə proseslərinin qarşısı alınacaq.

S.Babayev eyni zamanda pensiyaçıların artımları gələn aydan etibarən ala biləcəklərini vurğuladı.

“Müvafiq rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmalıdır. Onun əsasında müvafiq qərar olacaq. O qərardan sonra pensiyaçılar uyğun ödənişləri alacaqlar”.

Qeyd edək ki, pensiya hüququ qazanmaq üçün kişilərdə yaş həddi 64, qadınlarda 61-dir. Ölkə üzrə gözlənilən ömür uzunluğunun kişilər üçün 73,1, qadınlar üçün 77,8 yaş olduğunu nəzərə alsaq, gözlənilən pensiya ödənişinin orta müddəti 13 il təşkil edir.//oxu.az

Son xəbərlər