"Vergidən yayınanlar barədə xəbər verənlərə mükafatlar veriləcək" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 DİN-də yeni təyinat  |     22:22 Bu şəhərlər 2050-ci ilə qədər su altında qalacaq  |     22:10 Dənizkənarı Milli Parkı idarə edən şirkət ləğv olunur  |     21:57 Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu - FOTO  |     21:44 "e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq  |     21:19 Yol polisindən sürücülərə müraciət  |     21:03 Gürcüstan müxalifətinin prezident seçkilərini pozmaq planları açıqlanıb  |     20:24 Bakıda pullu qulaqsındırma xidməti: Gənclər niyə özünü şikəst edirlər? - QİYMƏTLƏR (FOTO)  |     19:52 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     19:47 21 həftəlik hamilə qadın evdə abort etmək istədi, ölümdən döndü  |     19:32 Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib  |     19:31 Zəngilan, Ağdam və Cəbrayıl rayonları ərazisində salınan yaşıllıq sahələrinin həcmi açıqlanıb  |     19:19 "Milan" futbolçusu üçün 50 milyon avro tələb edir  |     18:56 Rusiya qoşunları Ukraynada daha bir yaşayış məntəqəsi ələ keçirib  |     17:09 Pensiya pulunu birdəfəlik almaq mümkün olacaq - 2026-dan  |     16:41 Bakıda bank kartından 6000 manat oğurlayan şəxs saxlanıldı  |     16:37 SOCAR-a yeni səlahiyyət verildi - SƏRƏNCAM  |     16:20 Dövlət Sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı  |     15:46 Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq  |     15:37 Suriyada yoxa çıxan hüquq müdafiəçisinin işgəncə ilə öldürüldüyü məlum olub  |    

"Vergidən yayınanlar barədə xəbər verənlərə mükafatlar veriləcək"

“Azərbaycan vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı "vergi xəbərçiliyi" nəzərdə tutulub. Amma bununla bağlı mükafatlandırma mexanizmləri yoxdur”.

Bunu mətbuat konfransında fed.az-ın sualını cavablandıran Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva deyib.

S.Musayevanın sözlərinə görə, gələcəkdə bununla bağlı mükafatlandırma tətbiq oluna bilər: "Əgər vergi yayınması ilə bağlı məlumat daxil olarsa, dərhal yerində yoxlamalar aparılır. Amma mükafatlandırılma mexanizmi yoxdur. Bu sahə bizdə yeni olduğu üçün düşünürəm ki, gələcəkdə bu məsələ həllini tapa bilər".

Qeyd edək ki, vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma (“Whistleblow”) mexanizmi beynəlxalq təcrübədə geniş tətbiq olunur. “Whistleblow” (fit verən) pozuntular barədə dövlət qurumlarına və ya ictimaiyyətə məlumat vermə deməkdir. “Whistleblower” isə pozuntu barədə məlumat verən şəxs deməkdir. Bu şəxslər həm də “İnformator” adlanırlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 792 26.12.18 11:23