2019-cu ilin yanvar ayının 1-də qaz sərfiyyatı ilə bağlı abonentlərin limiti yenilənəcək.
Bunu oxu.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.
Qeyd edək ki, bu, Tarif Şurasının 22 dekabr 2016-cı il, 19 nömrəli qərarına əsasən tətbiq olunur.
Qərara əsasən, illik istehlak həcminin 1700 kubmetri 10 qəpik tariflə, yəni 170 manat, 1700 kubmetrdən çox olan hissəsinin hər kubmetri isə 20 qəpik tariflə hesablanır.