Xidməti müqavilə ilə işləyənlər 45 faiz vergi ödəyəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:35 "Yeni pandemiya qapını döyür" - ABŞ-dan xəbərdarlıq  |     18:31 Hindistanlı şahmatçı tarixin ən gənc dünya çempionu oldu  |     18:26 İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı - Özünə biznes qurdu  |     18:05 Rusiya ordusu Kursk vilayətində daha bir məntəqədə nəzarəti bərpa etdi  |     17:50 Bakıda şirkətin soyuducularını satıb pulunu "yedilər"  |     17:37 Professor: "Səhiyyənin iki qurum tərəfindən idarə olunması işləri korlayır"  |     17:29 Azərbaycanda hava kəskin dəyişəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ  |     16:47 "Kartdan-karta" üsulu ilə işləyən daha 467 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     15:28 Azarkeşlər "Qarabağ"ı və "Sumqayıt"ı ziyana saldılar  |     14:37 Bu gün keçiriləcək görüşləri hansı kanallardan izləmək olar? (ANONS)  |     14:34 "Plato Capital and Co. İnvestisiya Şirkəti"nin lisenziyası ləğv olunub  |     14:28 Messinin dünən Bakıda imzaladığı papaq satışa çıxarıldı - ŞOK QİYMƏT (FOTO)  |     14:24 Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkumla bağlı QƏRAR  |     14:18 Bu ərazilərdə ev və mənzil qiymətləri arta bilər - VİDEO  |     14:09 Son günlər metroda nə baş verir? - VİDEO  |     14:08 Bakıda 2 qadın faciəvi şəkildə həlak oldu (FOTO)  |     14:04 Azərbaycan neftinin qiyməti 76 dolları ötdü  |     13:55 Yaxın qohumlar aldanaraq yarım milyon manata yaxın pulu itirdilər  |     13:35 Azərbaycanın Baş naziri Moskvada Heydər Əliyevin xatirəsini anıb  |     13:21 Ağdaşda FACİƏ: Kanalda boğulan şagirdin MEYİTİ TAPILDI (YENİLƏNİB)  |    

Xidməti müqavilə ilə işləyənlər 45 faiz vergi ödəyəcək

Azərbaycanda xidməti müqavilə ilə işləyənləri gələn ildən ciddi problemlər, daha dəqiqi böyük xərclər gözləyir.

Median.Az
FED.az-a istinadən xəbər verir ki, 2019-cu ildən etibarən xidməti müqavilə ilə işləyənlər böyük vergilərlə yanaşı, DSMF-ə böyük ödənişlər də etməli olacaqlar.

Belə ki, "Sosial sığorta haqqında" qanuna nəzərdə tutulan dəyişikliyə əsasən, gələn ildən etibarən mülki hüquqi xarakterli müqavilələrlə (yəni xidməti müqavilə ilə) işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25%-i qədər DSMF-ə ödəniş etməli olacaqlar.


Xatırladaq ki, indiyədək bu ödənişlərin məbləği minimum əmək haqqının ən çoxu 20%-ni, yəni 26 manat təşkil edirdi.

Xidməti müqavilə ilə işləyənlər DSMF-ə Bakıda 26 manat, Sumqayıt və Gəncədə 23,4 manat, respublika tabeli şəhərlərdə 20,8 manat, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 15,6 manat, kənd yerlərində 13 manat məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Gələn ildən isə bu məbləğ artıq gəlirin həcmindən asılı olacaq.

Baş verəcək dəyişikliyi misalla izah edək:

Bakıda xidməti müqavilə ilə çalışan və ayda 600 manat həcmində ödəniş alan şəxs, indiyədək DSMF-ə hər ay 26 manat ödəyirdi. Gələn ildən isə bu məbləğ ayda 150 manata (25%) yüksələcək.

Bundan başqa, indiyədək həmin şəxs, sadələşdirilmiş vergi ödəyicisi kimi, ödənişin (yəni 600 manatın) 4%-i həcmində, yəni 24 manat vergi ödəyirdi. Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə görə, isə gələn ildən həmin şəxsin qazancının 75%-i (yəni 450 manatı) güzəşt sayılmaqla qalan 25%-i (yəni 150 manatı) 20%-lə vergiyə cəlb ediləcək. Nəticədə həmin şəxs 30 manat vergi ödəyək.

Başqa sözlə, xidməti müqavilə ilə işləyib ayda 50 manat vergi və DSMF pulu ödəyən şəxsin ödənişləri, dəyişikliklərdən sonra ayda 180 manata yüksələcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 752 28.11.18 11:42