“Əmək pensiyaları haqqında” qanun dəyişdirilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |    

“Əmək pensiyaları haqqında” qanun dəyişdirilir

Bu gün Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilir.

İclasın gündəliyinə “Əmək pensiyaları haqqında”, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri daxil edilib.

“Əmək pensiyaları haqqında” qanunun yeniləndirilmiş 22.1-ci maddəsində (22-1.1) qeyd olunur ki, 2019-cu ilin yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixində qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı mövcud qanunun 22-1.2 maddəsinə uyğun olaraq hesablanacaq.

Həmçinin, 22-1.2.1.-ci maddədə göstərilir ki, 2019-20-ci illərdə bu qanun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən, onun 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla, hesablanacaq.

22-1.2.2.-ci maddədə isə qeyd edilir ki, əlilliyi müəyyən edilmiş şəxsə əməyə görə əmək pensiyası təyin edilərkən, onun 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün dörd ay götürülməklə hesablanacaq.

22.1.2.3-cü maddəyə gəlincə, təklif edilir ki, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən, pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı mövcud qanunun 22-1.2.2.-ci maddəsinə uyğun şəkildə hesablanacaq.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 701 16.11.18 12:22