Azərbaycanda siqaret bahalaşacaqmı? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Azərbaycanda siqaret bahalaşacaqmı?

Ötən gün Milli Məclis tərəfindən “Vergi Məcəlləsi”nin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edildi.

Median.Az  xəbər verir ki, bu dəyişikliklə Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlara və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsi artırıldı.

Belə ki, əgər indiyə qədər Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 10 manat vergi tutulurdusa, bu məbləğ artıq 20 manat olacaq.

Xatırladaq ki, ilin əvvəlində siqar idxalı üzrə aksiz dərəcələri ikiqat (1000 ədəd üçün 10-dan 20 manat) artırılmışdı. Siqarlara tətbiq edilən aksiz və vergi dərəcələrinin artırılmasının ümumi tütün bazarına necə təsir edəcəyi sual doğurur.

Ən əsası, böyük istehlakçı kütləsinə malik siqaret bazarında qiymətlərin artıb-artmacayağı geniş müzakirə mövzusudur.

Siqaret bahalaşacaqmı?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisad elmləri doktoru Rüfət Quliyev “oxu.az”a açıqlamasında bildirdi ki, dəyişiklik tütün məmulatları bazarına ciddi təsir etməyəcək.


Bu gün ölkədə tütün bazarının 0,1-0,2 faizi siqar və siqarillaların payına düşür. Onlar daha yüksək tütün sinfinə daxildir və kütləvi istehlak məhsulu deyil.

Onun sözlərinə görə, siqarlar, ucları kəsilən siqarlar və siqarillalar zərif məhsullardır və onsuz da klassik siqaretlərdən bahadır:

“Qanunvericiliyə edilən dəyişikliyin tütün bazarında ajiotaja səbəb olacağını düşünmürəm. Onsuz da siqar, ucları kəsilən siqar və siqarillalar kütləvi istifadə olunan məhsullar deyil. Onlar, adətən, adi siqaretlərdən baha olurlar. Bu səbəbdən istehlakçıları da azdır”.

R.Quliyev bu məhsullarının Azərbaycanda istehsalının olmadığını diqqətə çatdırdı:

“Aksiz dərəcələrinin artırılması siqarilla biznesinə elə təsir etməyəcək. Doğrusu, siqarla bağlı istehal müəssisələrinin olmasını eşitməmişəm. Ancaq qəlyan tütününə tələbat böyükdür. Bu yöndə müəssisələrin yaradılması istisna deyil”.

R.Quliyev əksər dövlətlərdə tütün məhsullarının istehlakının azalması, bu sahədən büdcə daxilolmalarının artırılması məqsədilə vergi dərəcələrinin artırılmasına da toxundu.

O bildirdi ki, bir qutu siqaret üçün ümumi vergi yükü Azərbaycanda qonşu dövlətlərlə müqayisədə aşağıdır. Aksiz dərəcələrinin artırılmasının bu yöndə biznes layihələrinə necə təsir edəcəyinə gəlincə, millət vəkili “bir o qədər etməyəcək”, - deyə cavab verdi.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov millət vəkilinin fikri ilə razılaşmır. O düşünür ki, siqarın qiymətinin bahalaşması istifadəçilərin siqaret bazarına üz tutmasına gətirib-çıxaracaq: 


“Təkcə siqar deyil, siqaretlərə də vergi dərəcələri artırılmalıdır. Məcəlləyə edilən dəyişikliklə siqar çəkənlərin sayı azalsa da, siqaret çəkənlər artacaq.

Bundan başqa, ölkəyə qaçaqmal yolu ilə keyfiyyətsiz siqar və siqaretlərin gətirilməsi halları çoxalacaq. Çox təəssüf ki, əmtəə bazarında qaçaqmal yolu ilə gətirilən tütün məmulatlarının payı 6 faiz təşkil edir”.


Aksiz dərəcələrinin büdcədə payı azdır 

Onu da bildirək ki, artıq bir müddətdir ki, Dünya Bankı (DB) Azərbaycanın tütün məhsullarına verginin artırılmasını tövsiyə edir. Dünya Səhiyyə Təşkilatına görə, tütün məhsullarına verginin artırılmasından sonra siqaret istehlakı aşağı düşür.

Dünya təcrübəsi də göstərir ki, qiymətlərin 10 faiz artırılması yüksək gəlir səviyyəli ölkələrdə istehlakı 4 faiz, orta səviyyədən aşağı gəlirli ölkələrdə isə 8 faiz azaldır.

Vergilərin artırılması bu sahədən büdcəyə daxilolamarı artırır. Məsələn, Türkiyə hökuməti 2002-ci ildən indiyədək tütün məhsullarına vergiləri artıraraq bir qutu siqaret üçün ümumi vergi yükünü 83 faizə çatdırıb.

Nəticədə, ölkənin vergi gəlirləri iki dəfə artaraq, 2015-ci ildə 30,27 milyard dollara çatıb. Bundan əlavə, Ukrayna 2008-2017-ci illərdə siqaretə aksizləri 10 dəfədən çox artırıb. Beləliklə, Ukraynanın tütün məhsullarına aksiz gəlirlərinin illik məbləği altı dəfə artıb, siqaret satışları 40 faiz azalıb.

Azərbaycanda isə tütün istehsalının artmasına baxmayaraq, bu sahənin vergi gəlirlərinin büdcədə payı azdır. Maliyyə Nazirliyinin məlumatına görə, 2016-cı ildə yerli istehsal tütün məmulatlarının aksiz vergiləri üzrə ölkənin dövlət büdcəsinin gəlirləri 4 milyon 871,4 min manat olub.

Həmin göstərici 2015-ci ilin rəqəmləri ilə müqayisədə 24,5 faiz azalıb. İdxal tütün məmulatları üzrə isə büdcə daxilolmaları 31 milyon 92,9 min manat olub. 2015-ci illə müqayisədə 29,4 faiz azalma deməkdir.

2018-ci ildə büdcədə aksiz vergisi üzrə daxilolamar 172,0 milyon manat nəzərdə tutulub. Bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 82,0 milyon manat, yəni 91,1 faiz çoxdur. 

Qeyd edək ki, 2015-ci ildə sonuncu dəfə ölkədə istehsal edilən və idxal olunan alkoqollu içkilərə, tütün məmulatlarına aksiz dərəcələri artırılaraq, milli valyuta ilə müəyyən edilib. 


Dəyişikliyə istehsalçılar nə deyir? 

Qeyd edək ki, bu ilin dörd ayı ərzində Azərbaycanda 974 milyon siqaret istehsal olunub ki, bu da 2017-ci ilin eyni dövründəkindən beş dəfə çoxdur.

Hazırda bazarın ən böyük istehsalçıları “European Tobacco-Baku” və “Cahan Tobacco” MMC-dir (Naxçıvanda fəaliyyət göstərir).

İstehsalın əsas hissəsi Bakı Tütün Kombinatının payına düşür. Bu il Sumqayıtda “Tabaterra” QSC-nin tütün zavodunun istismara verilməsi nəzərdə tutulur. Onun gücü ildə yeddi milyard ədəd siqaret olacaq.

Maraqlıdır ki, bu sahədə yaradılan müəssisələr siqar istehsal etmirlər. Məsələn, “Cahan Holdinq” böyük siqar istehsalçısı olan “La Casa Del Habano”nun Azərbaycanda rəsmi nümayəndəsidir. Özü birbaşa siqar istehsalı ilə məşğul olmur.

“İmperial Tobacco” şirkətindən öyrəndik ki, Azərbaycanda bazara 15 adda siqaret brendi təqdim etsələr də, siqar istehsalı ilə məşğul olmurlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 230 13.06.18 18:14