Dövlət büdcəsində bəzi vergi və gömrük rüsumları üzrə proqnozlar artırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Dövlət büdcəsində bəzi vergi və gömrük rüsumları üzrə proqnozlar artırılıb

2025-ci ilin büdcə gəlirlərində gömrük rüsumlarından daxilolmalar 1 mlrd. 810 milyon manat proqnozlaşdırılır.

"Apa-Economics" xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Bu isə 2024-cü il üzrə gömrük rüsumları üzrə daxilolmalardan 3% və ya 53 mln. manat çoxdur. Cari il üçün gömrük rüsumları üzrə daxilolmalar 1 mlrd. 757 mln. manat müəyyən edilib.
2025-ci ilin dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz 179 mln. manat artırılaraq 1 mlrd. 989 mln. manata, hüquqi şəxslərin əmlak vergisi üzrə proqnoz 27,9 mln. manat artırılaraq 392,6 mln. manata, əlavə dəyər vergisi üzrə proqnoz 222,3 mln. manat artırılaraq 8 mlrd. 326,2 mln. manata, sadələşdirilmiş vergi üzrə proqnoz 32 mln. manat artırılaraq 405 mln. manata, yol vergisi üzrə proqnoz 15,4 mln. manat artırılaraq 142,8 mln. manata, aksizlər üzrə proqnoz 287,7 mln. manat artırılaraq 1 mlrd. 840,7 mln. manata çatdırılıb.

Ölkə ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi üzrə proqnoz dəyişməyərək 37 mln. manat, idxal aksizləri üzrə proqnoz isə yenidən185 mln. manat müəyyən edilib. Hüquqi şəxslərin mənfəət vergisi üzrə proqnoz isə 418,6 mln. manat azaldılaraq 6 mlrd. 344 mln. manata endirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            168 16.10.24 14:12