Azərbaycanda nağdsız ödənişlərin məbləği mayda 60 % artıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub  |     22:42 Tbilisidə etiraz aksiyasında ölkə parlamentinin yerləşdiyi binanın pəncərələri sındırılıb  |     22:17 Metronun "Həzi Aslanov" stansiyasında işlər nə vaxt yekunlaşacaq?  |     21:58 Rusiya aviasiyası 2016-cı ildən bəri ilk dəfə Hələbə zərbə endirdi  |     21:46 Nazir: Növbəti tədris ilində Qarabağ Universitetinə 1 500-ə qədər tələbənin qəbulu planlaşdırılır  |     21:36 Ağdərə-Kəlbəcər yolunda aşan avtomobildə dörd nəfər ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB  |     21:30 "Ailəm dağıldı, reytinq xətrinə qarşı tərəfi danışdırdılar  |     21:23 Bakıda “Porsche” qəzaya düşdü, digər maşın yandı  |     21:15 44 yaşlı musiqiçi evində ölü tapıldı - FOTO  |     21:07 Yüzlərlə sahibkarı işsiz qoyaraq, narazılıq yaradan kimlərdir?  |     20:54 Kobaxidze: Aksiyalar xaricdən dəstəklənən zorakı ssenaridir  |     20:48 3 bürc dekabrda muradına çatacaq  |     20:40 Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub  |     20:19 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 11 ailə Cəbrayıla köçürülüb  |     20:10 Abbas Araqçı Türkiyəyə səfər edəcək  |     20:03 Yaponiyada güclü zəlzələ oldu  |     19:50 İtkin düşən 33 yaşlı Leyla ilə bağlı təsirli fakt - Təfərrüat  |     19:46 Kürdəmirdə dəhşətli qəza, ölən var - Hadisə yerindən FOTOLAR  |     19:38 Fidan Lavrovla Suriyanı müzakirə etdi  |     19:33 Bakıda qızıl üzük oğurlandı - Saxlanılan var  |    

Azərbaycanda nağdsız ödənişlərin məbləği mayda 60 % artıb

Bu ilin may ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 60 % artaraq - 6 milyard 259 milyon manat təşkil edib.

Median.Az 
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 5 milyard 245,6 milyon manatı (83,8 %) elektron ticarətin payına düşüb.

Qalan məbləğin 1 003,3 milyon manatı POS-terminallar, 9 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının həcminin 62,2 %-ni təşkil edib.

Bu il iyunun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 17 milyon 867 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,1 %, ilin əvvəlinə nisbətən 5,6 %, illik müqayisədə isə 21,2 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 22,1 % artaraq 15,585 milyona, kredit kartlarının sayı isə 15,3 % artaraq 2,282 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 9,514 milyard manat (illik müqayisədə 35,1 % çox) və 701 milyon manat (37,2 % çox) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 1,9 %, POS-terminalların sayı isə 17,7 % artaraq müvafiq olaraq 3 134 ədəd (Bakı üzrə 1 648 ədəd) və 94 719 ədəd (Bakı üzrə 61 136 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            318 29.06.24 18:00