Onlayn ödəniş edənlərə XƏBƏRDARLIQ: Dələduzların qurbanı olmamaq üçün hiperlinklərdə diqqət edilməli məqamlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:38 Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi - SƏBƏB  |     12:27 Sabah 25 dərəcə isti olacaq  |     12:19 Sabunçuda evdə üç qadına xəsarət yetirilib: Saxlanılan var  |     12:12 Azərbaycan-Ermənistan sərhədinin Xeyrimli kəndi istiqamətində demarkasiya işləri yekunlaşmaq üzrədir  |     12:09 Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb  |     12:08 Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ  |     12:04 Rüşvətə görə həbs edilən sabiq bələdiyyə sədri hakim qarşısında  |     12:03 Yevlaxda qadın öldürüldü: Əri şübhəli şəxs qismində tutuldu  |     12:00 Azərbaycan XİN İrana başsağlığı verib  |     11:57 Bir ayda Ağcabədidə narkotiklə bağlı 20 nəfər saxlanılıb  |     11:55 Polis mayoru qəfil vəfat etdi  |     11:54 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:53 Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib  |     11:51 Tehran Birjası Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırdı  |     11:50 İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür etdi  |     11:49 Gəncədə oğurluq edən və narkotiklərin dövriyyəsi ilə məşğul olan 47 nəfər saxlanılıb - FOTO  |     11:44 Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO  |     11:43 Şirvanda 9 yaşlı uşaq qızdırmadan ölüb  |     11:41 Elektron siqaretlərin ciddi fəsadları - Həkimdən XƏBƏRDARLIQ  |     11:41 Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır  |    

Onlayn ödəniş edənlərə XƏBƏRDARLIQ: Dələduzların qurbanı olmamaq üçün hiperlinklərdə diqqət edilməli məqamlar

“Kiberdələduzlar növbəti dələduzluq növünə əl atıblar. Belə ki, vətəndaşlar saxta veb-sayta yönləndirilərək onlardan qeydiyyatdan keçmək və ödəniş etmək tələb olunur. Dələduzların istifadə etdikləri saxta hiperlinkə (http://e-gov-portal.online/) daxil olan vətəndaşlardan müəyyən məlumatlar istənilir. Domen ünvanda “E-Gov” olması vətəndaşlarda çaşqınlıq yarada bilər və nəticədə onların daxil etdiyi məlumatlardan istifadə edən dələduzlar vətəndaşın hesabından pul vəsaiti çıxara bilərlər”.

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) məlumatında deyilir.

“Dələduzların qurbanı olmamaq üçün vətəndaşları ehtiyatlı olmağa səsləyirik. Naməlum mənbələrdən göndərilən hiperlinklərin domen hissəsinə xüsusilə diqqət edilməlidir. “E-Gov” portalının domen ünvanının yalnız https://e-gov.az olduğunu vurğulamaq istərdik.

Bundan əlavə, göndərilən hiperlinklərin başlığında “https”, yəni təhlükəsiz mətn göndərişi əlaqə protokolunun olmasına diqqət edilməlidir. Bu hiperlinklər təhlükəsiz hesab olunur. Dələduzların göndərdiyi hiperlinklər isə “http”, yəni şifrələnməmiş, təhlükə yarada biləcək protokolla göndərilir”, - deyə məlumatda qeyd olunur.

İRİA-dan vurğulanıb ki, qurum heç bir halda “E-Gov” domenindən istifadə edərək vətəndaşlardan onlayn ödəmə tələb etmir və mesajlarında hiperlink göndərmir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            576 30.01.24 22:28