Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:32 "Barselona" Bakıdakı matçla bağlı əsas məqamları açıqladı | 18:06 İki baş həkim vəzifəsindən azad edildi | 18:03 Moskvada 590 min dollarlıq saxta pul əməliyyatı: Azərbaycanda 7 il həbs cəzası aldı | 17:57 Fuad Allahverdiyevi şantajda təqsirləndirilən keçmiş xanımı azadlığa buraxıldı | 17:56 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb | 17:54 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - Siyahı | 17:45 Azərbaycanda daha 90 mənzil satışa çıxarılır: Aylıq ödənişlər 445 manatdan başlayır | 17:43 Məhkəmə qərarından yayınan keçmiş hakim cərimələndi | 17:41 Küləyin sürəti artacaq - Xəbərdarlıq | 17:30 Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib | 17:28 Sənədsiz ev alanların sayı azalır – SƏBƏBİ AÇIQLANDI | 17:26 Azərbaycanlı güləşçinin qanında qadağan olunmuş maddə tapıldı | 17:25 Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqləndi | 17:23 Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər | 16:59 Bakıda tanınmış iş adamı vəfat etdi | 16:51 Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşlarına hökm oxundu | 16:51 Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq | 16:36 Tanınmış türkiyəli müğənni faciəli şəkildə öldü | 16:34 Temperatur 5 dərəcə enəcək, intensiv yağış yağacaq - Xəbərdarlıq | 14:34 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır |
Mojo.az Avto
Mojo.az Avto

Bankların SMS-məlumatlandırma xidmətləri üzrə tariflərin artırılmasının səbəbləri açıqlanıb

17.11.2023 21:22 4 467
Bankların SMS-məlumatlandırma xidmətləri üzrə tariflərin artırılmasının səbəbləri açıqlanıb
Azərbaycanın bir neçə bankı SMS-məlumatlandırma xidmətləri üzrə tariflərini təqribən 40 qəpikdən 1 manata qədər artırıb.

Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədrinin birinci müavini Rəşad Orucov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O qeyd edib ki, banklar bu xidmətləri prosessinq mərkəzlərindən alırlar:

"Bu mərkəzlər isə həmin xidmətləri mobil operatorlardan alırlar. Sonradan banklara təqdim edirlər. Son üç ildə prosessinq şirkətlərinin paket şəklində aldığı SMS-qiymətləndirmə tariflərində təqribən 70 % artım olub. Sözügedən banklar bu müddət ərzində həmin xidmət haqlarını artırmayıblar. Yalnız indi belə qərar qəbul ediblər".

R.Orucov deyib ki, pensiya kartları və digər sosial kartlar üzrə SMS-məlumatlandırma üzrə xidmət haqları alınmır:

"Təqribən 2 milyon 300 mindən çox pensiya və sosial müavinət kartları var. Bu kartlar üzrə xidmət haqları alınmır. Bankların bir çoxu ümumiyyətlə SMS-məlumatlandırma xidmətlərindən imtina edib. Çünki son dövrlər bankların əksəriyyəti mobil əlavələr istifadə edir. Orda avtomatik onlayn rejimdə aparılan əməliyyatlar haqqında məlumatlar ötürülür. Bu zaman ümumiyyətlə SMS-məlumatlandırma xidmətindən istifadəyə ehtiyac yoxdur. Bankların çoxu tərəfindən bu, müştərilərə əlavə bir xidmət kimi təklif edilir. Müştəri bu xidmətdən istifadə edib-etməməkdə sərbəstdir. Banklar yeni texnologiyalara keçidlə əlaqədar SMS-məlumatlandırmadan imtina edirlər".

AMB sədrinin birinci müavini əlavə edib ki, Mərkəzi Bankın müxtəlif xidmətlər üzrə komissiya haqlarının maksimum həddini müəyyən etmək səlahiyyəti yoxdur: "Banklar haqqında" qanuna görə bu xidmət haqları bank və müştərilər arasında sərbəst şəkildə müəyyən edilir. Lakin bu xidmət haqlarında elə bir ciddi artım yoxdur".

Son xəbərlər