Azərbaycan təbii qaz ixracını ARTIRIB » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:45 Bu həftə səsvermə vəsiqələrinin MSK-dan dairə seçki komissiyalarına verilməsi yekunlaşır  |     19:39 "Botafoqo" klubu 29 ildən sonra Braziliya çempionu olub  |     19:32 Sumqayıtda 75 yaşlı piyadanı avtomobil vuraraq öldürüb  |     19:18 Konqoda 30-dan çox insan naməlum xəstəlikdən ölüb  |     19:11 Qebreyesus: ÜST Suriyada fəaliyyətini davam etdirmək niyyətindədir  |     19:03 Meksika aviaşirkətinin sərnişini təyyarəni qaçıraraq ABŞ-yə uçmağa cəhd edib  |     19:01 Leyla Əliyeva Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarında olub  |     18:54 Müdafiə Nazirliyi partlayış səsləri ilə bağlı MƏLUMAT YAYDI  |     18:29 35 milyon manatdan çox vəsaiti ölkəyə qaytarmayan şəxslər İFŞA OLUNDULAR  |     18:14 Sabah iki rayonda işıq olmayacaq  |     18:11 Gəncədə 17 yaşlı oğlanı qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNDU  |     18:09 ADY bayram günlərində qatarların hərəkət cədvəlinə dəyişikliklər edir  |     18:05 Bakıda şirkətdən 23 min manat oğurlanıb  |     18:00 Sumqayıtdakı partlayışda vəfat edən ata və oğlunun fotosu yayıldı - FOTO  |     17:54 Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI (YENİLƏNİB)  |     17:51 Suriya hava məkanının bağlanması tarixi uzadıldı  |     17:48 Dmitri Peskov Bəşər Əsədə sığınacaq verilməsi qərarı barədə danışdı  |     17:46 Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərar dəyişir  |     17:44 Konsulluqların fəaliyyəti ilə bağlı qaydalara dəyişiklik EDİLDİ  |     17:42 Bakıda parkdan meyit tapıldı  |    

Azərbaycan təbii qaz ixracını ARTIRIB

Bu ilin yanvar-oktyabr ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 22 milyard 916 milyon 30,25 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 12 milyard 271 milyon 972,13 min ABŞ dolları təşkil edib.

Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2022-ci ilin ilk 10 ayındakı dövrdən 24,68% çox, dəyəri isə 16,25% azdır.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 41,82% olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 10 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 281 16.11.23 11:37