Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |    

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi açıqlandı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard 735 milyon 125 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% çoxdur.

Doqquz ay ərzində MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 32,6%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri azalan sıra üzrə Rusiya ilə 3 milyard 133 milyon 541 min ABŞ dolları (bir il əvvələ nisbətən 23,5% çox), Türkmənistanla 678 milyon 373 min ABŞ dolları (2,2 dəfə çox), Qazaxıstanla 269 milyon 39 min ABŞ dolları (35,5% az), Ukrayna ilə 247 milyon 78 min ABŞ dolları (52,7% az), Belarusla 238 milyon 763 min ABŞ dolları (12,6% az), Özbəkistanla 120 milyon 294 min ABŞ dolları (8,2% az), Qırğızıstanla 35 milyon 329 min ABŞ dolları (5,8 dəfə çox), Moldova ilə 8 milyon 169 min ABŞ dolları (41,7% az), Tacikistanla 4 milyon 534 min ABŞ dolları (15% çox) olub.

Yanvar-sentyabrda Azərbaycandan Rusiyaya 864 milyon ABŞ dolları (illik müqayisədə 37,7% çox), Qazaxıstana 81 milyon 38 min ABŞ dolları (34% çox), Türkmənistana 64 milyon 188 min ABŞ dolları (4,8 dəfə çox), Ukraynaya 75 milyon 984 min ABŞ dolları (4,4 dəfə az), Özbəkistana 34 milyon 306 min ABŞ dolları (8,5% çox), Qırğızıstana 32 milyon 627 min ABŞ dolları (18,1 dəfə çox), Belarusa 21 milyon 930 min ABŞ dolları (3,8 dəfə az), Moldovaya 4 milyon 772 min ABŞ dolları (2,3 dəfə az), Tacikistana 4 milyon 428 min ABŞ dolları (15,3% çox) dəyərində məhsul ixrac edilib. Ölkənin ümumi ixracında Rusiya 3,3%, Qazaxıstan 0,3%, Türkmənistan 0,2%, Ukrayna 0,3%, Özbəkistan 0,1%, Qırğızıstan 0,1%, Belarus 0,08%, Moldova 0,02%, Tacikistan 0,02% paya sahib olub.

Yanvar-sentyabr aylarında Azərbaycana Rusiyadan 2 milyard 269 milyon 541 min ABŞ dolları (18,8% çox), Türkmənistandan 614 milyon 185 min ABŞ dolları (2,1 dəfə çox), Belarusdan 216 milyon 833 min ABŞ dolları (14,9 % çox), Qazaxıstandan 188 milyon ABŞ dolları (47,3% az), Ukraynadan 171 milyon 94 min ABŞ dolları (7% az), Özbəkistandan 85 milyon 987 min ABŞ dolları (13,6% az) Moldovadan 3 milyon 397 min ABŞ dolları (18,8% çox), Qırğızıstandan 2 milyon 702 min ABŞ dolları (36,6% az), Tacikistandan 106 min ABŞ dolları (4,8% çox) dəyərində məhsul idxal edib. Ölkənin ümumi idxalında Rusiya 18%, Türkmənistan 4,8%, Qazaxıstan 1,5%, Belarus 1,7%, Ukrayna 1,4%, Özbəkistan 0,7%, Qırğızıstan 0,02%, Moldova 0,03% paya sahib olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 584 28.10.23 16:17