Azərbaycan biznesi pulunu niyə xarici ölkələrin turizminə yatırır? » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:41 Temperatur düşəcək, leysan yağacaq  |     16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |     16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |     16:03 Səmayə Piriyeva vəfat etdi  |     15:52 Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu  |     15:48 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib  |     15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |    

Azərbaycan biznesi pulunu niyə xarici ölkələrin turizminə yatırır?

Bu ilin yanvar-sentyabr aylarında Türkiyənin Antalya bölgəsində azərbaycanlı iş adamlarının iştirakı ilə 302 şirkət yaradılıb.

Bu baxımdan Azərbaycan biznesi Rusiya, Almaniya və İrandan sonra 4-cü yerdə qərarlaşıb.

Antalyanın əsasən turizm sahəsi üzrə ixtisaslaşdığını nəzərə alsaq, deməli, azərbaycanlılar pullarını əsasən turizm sektoruna yatırıblar. Türkiyə ilə qonşu olan Gürcüstanın Batumi bölgəsində də iş adamlarımızın aktiv olduğu deyilir. Bəs milli biznes niyə xarici ölkələrin turizm sektoruna can atır? Həmin pulun Azərbaycan iqtisadiyyatına qoyulması üçün nə etmək lazımdır? “Report” mövzunu ekspertlərlə müzakirə edib.

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda “Azərbaycan Ekoturizm Assosiasiyası”nın İcraçı direktoru Samir Dübəndi hesab edir ki, Azərbaycan sahibkarlarının yerli turizmə, xüsusilə də regional turizmə yatırım etməməsinin səbəbi yerli icmaların bu sahədə fəaliyyətinin çox zəif olması ilə əlaqədardır:

“Bizdə, hətta dövlətin turizm məqsədi üçün ayırdığı ərazilər var, amma sahibkarlarımız yatırım etməkdən çəkinirlər. Məsələn, Şahdağ Qış-Yay Turizm Kompleksinə yatırım edilməsi üçün son 10 ildə bir neçə də çağırışlar olub ki, orada biznes qurulsun. Amma bu baş vermir və müxtəlif səbəbləri var. Bələdiyyələrin zəif işləməsi, yerli icma orqanlarının fəaliyyətsizliyi və s. Hesab edirəm, regionlarda bu işlər güclənməlidir. Bunun əsasında biz həmin ərazilərə Azərbaycan sahibkarlarının, hətta xarici iş adamlarının marağını artıra bilərik”.

Azərbaycandakı investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova isə deyir ki, ölkəmizdə ideyanın biznes modelə çevrilməsi ilə bağlı çətinlik var, buna görə də, pul sahibləri xarici ölkələrə üz tuturlar:

“Bunlar da o ölkələrdir ki, investisiya mühiti tam formalaşıb. Azərbaycanda eyni şəraitin olması üçün kapital bazarının inkişaf etdirilməsi, vençur və investisiya fondlarının fəaliyyət göstərməsi zəruridir. Elə şərait yaradılmalıdır ki, turizm sektorunun bilicisi olan sahibkarlarla investorlar arasında əməkdaşlıq qurulsun. Kapital ölkədən çıxmasın, əksinə ölkəyə yatırılsın”.

“Turizm sahəsində xarici təcrübənin öyrənilməsi və gələcəkdə bu biznes modellərin Azərbaycanda tətbiqi prizmasından milli biznesin xarici ekspansiyası müsbət hal da sayıla bilər. Bu gün Türkiyədə Azərbaycan kapitallı, Azərbaycanda isə Türkiyə kapitallı şirkətlərin sayı çoxdur, bu, sevindirici haldır. Amma Azərbaycanda heç bir sahibkarlıq fəaliyyəti olmayan subyektin birbaşa xaricə investisiyası ölkəmizdən kapital axını deməkdir. Belə olan halda yeni iş yerləri və vergilər digər ölkənin gəlirlərinə aid ediləcək”, - deyə o əlavə edib.

“Turizm Peşəkarları Təşkilatı”nın sədri Ceyhun Aşurov isə hesab edir ki, əgər pulun ölkədə qalmasını istəyiriksə, investisiya mühiti daha da gücləndirilməli, iş adamları qoyduqları sərmayəyə tam təminat almalıdırlar:

“Bunun üçün isə xüsusilə regionlarda iş aparılmalıdır, investorlar stimullaşdırılmalıdırlar. Paytaxtdan kənarda hotellərin tikintisinə hələ də ehtiyac var. Ölkədə 700-ə yaxın hotel olsa da, yetərli deyil. Odur ki, investisiyalara ehtiyacımız var. Təminatlı mühit olmalıdır ki, turizm sektoru inkişaf etsin”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            570 17.10.23 15:15