Dövlət qiymət artımının qarşısını alacaq - Yeni qanunun DETALLARI » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:41 Temperatur düşəcək, leysan yağacaq  |     16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |     16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |     16:03 Səmayə Piriyeva vəfat etdi  |     15:52 Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu  |     15:48 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib  |     15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |    

Dövlət qiymət artımının qarşısını alacaq - Yeni qanunun DETALLARI

“Dövlət ehtiyatları haqqında” Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində I oxunuşda müzakirə olunub. 4 fəsil 14 maddədən ibarət olan yeni sənəddə, dövlət ehtiyatlarının yaradılması və ərzaq balansının təmin edilməsi üçün müasir və mütərəqqi tənzimləmələr təsbit olunub.

Yeni qanun nəyi dəyişəcək?

Qanunda həmçinin, analoji mallar, bazar iştirakçısı, dövlət ehtiyatlarının brondan çıxarılması və borc verilməsi, əvəzləşdirilməsi, strateji əhəmiyyətli mallar, strateji ehtiyatlar və s. kimi anlayışlar yer alıb.

Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil ediləcək.

Bəzi ekspertlər bildirirlər ki, sözügedən qanunun qəbulundan sonra ölkədə strateji məhsulların qiymətində baş verəcək süni və kəskin artımların qarşısı alınacaq. Eyni zamanda əsas tələbat məhsulları üzrə strateji ehtiyat fondları yaradıla bilər.

Ölkədə yeni ehtiyat fondları yaradıla bilərmi?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı Aydın Hüseynov bu qanun layihəsinin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Deputatın sözlərinə görə, dövlət tərəfindən strateji məhsullara bəzi ərzaq və yanacaq növləri, eləcə də dərman ləvazimatları daxil edilib:

“Dövlətimiz də bu məhsullar üzrə ehtiyat yaradır ki, bu da fövqəladə vəziyyət, səfərbərlik, müharibə və digər situasiyalarda istifadə olunacaq. Yəni, belə vəziyyətlərdə əhali əziyyət çəkməyəcək və əhali tam əminliklə həyatına davam edəcək. Dövlət bu ehtiyatın minimal məbləğini müəyyən edir, monitorinqlər və təhlillər aparır. Ehtiyatlar minimal həddən aşağı düşərsə, yenidən təminatını həyata keçirir.

Qanunun digər əhəmiyyəti isə ondan ibarətdir ki, bu məhsullar üzrə kəskin qiymət artımı olarsa, ehtiyatlardan müəyyən qədəri bazara çıxarılır və qiymət artımının qarşısı alınır. Bu da ölkə vətəndaşları üçün mühüm əhəmiyyətə malikdir. Çünki qanun bütün hallarda onların mənafeyinə xidmət edir”.

Millət vəkilinin fikrincə, hazırda mövcud olan daxili ehtiyat fondları öz işlərini bundan sonra daha ciddi şəkildə həyata keçirəcəklər:

“Hətta qanun çərçivəsində fəaliyyətlərini daha da genişləndirəcəklər. Bundan başqa, Nazirlər Kabineti tərəfindən strateji məhsulların siyahısı hazırlanacaq və hansı məhsullara tələbat daha çoxdursa, bu müəyyən ediləcək. Eyni zamanda, həmin məhsulların saxlanma müddəti, hansı dövlət qurumu tərəfindən idarə olunması və digər məsələlər öz həllini tapacaq. Bir sözlə, bütün mövcud fondlar daha mükəmməl şəkildə öz fəaliyyətlərini təmin edəcəklər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            645 17.10.23 14:47