Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Unun qiyməti bahalaşıb? - Şirkətlər təkzib edir

13.10.2023 20:47 3 303
Unun qiyməti bahalaşıb? - Şirkətlər təkzib edir
Azərbaycanda unun qiymətinin bahalaşması ilə bağlı ölkə mətbuatında məlumat yayılıb.

Qaynarinfo xəbər verir ki, məlumatda topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olduğu bildirilib.

Bununla bağlı Azərbaycanda un şirkətlərinin bir neçəsi ilə əlaqə saxladıq.

"Karmen" MMC unun qiymətinin qalxması ilə bağlı məlumatı təkzib edib. Qurum bildirib ki, son bir ayda 50 kiloluq un kisəsi 26 manat 95 qəpiyə təklif olunur.

"Karat” MMC-dən də unun qiymətində heç bir artım olmadığını qeyd ediblər. Şirkət bildirib ki, hazırda 50 kliloluq unun kisəsi 26 manat 95 qəpiyə satılır. Şirkətdən bildirildi ki, onlara unun qiymətinin bahalaşması ilə bağlı hər hansı məlumat daxil olmayıb.

"Qarabağ Un" MMC-dən isə 50 kiloluq un kisələrinin 26 manat 80 qəpiyə satıldığı qeyd edilib. Şirkətdən unun qiyməti ilə bağlı artımın olmadığı da vurğulanıb.

Son xəbərlər