Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Gələn il Azərbaycan qazının Gürcüstan ərazisi ilə nəql həcmi artacaq

02.11.2021 19:46 1 899
Gələn il Azərbaycan qazının Gürcüstan ərazisi ilə nəql həcmi artacaq
2022-ci il üçün Cənub Qaz Dəhlizi ilə 20 milyard kubmetr qaz nəql olunacaq ki, bu da kifayət qədər yüksək göstəricidir. Belə ki, bu kəmərin maksimal yüklənməsi indiyədək 22 milyard kubmetrə çatıb.

Bu barədə Gürcüstanın Neft və Qaz Korporasiyasından ölkənin Birinci kanalına bildirilib.

Qeyd olunub ki, Gürcüstan gələn il tranzit ölkə kimi Azərbaycan qazının nəqlindən endirimli qiymətə daha böyük həcmdə təbii qaz əldə edəcək. Bu il Gürcüstan ümumilikdə 1,014 milyard kubmetr qaz alıbsa, 2022-ci ildə bu göstərici 1,500 milyard kubmetrə qədər artacaq.

“Gürcüstan Azərbaycan qazının nəqli müqabilində müəyyən güzəştlər əldə edir. Hazırda ölkələr arasında iki növ müqavilə mövcuddur – optimal qaz və əlavə qaz. Birinci müqavilə Gürcüstana hər il Cənub Qaz Dəhlizi ilə nəql olunan qazın 5 %-ni aşağı qiymətə almağa imkan verir və bu müqavilə 2066-cı ilədək qüvvədədir. Əlavə qazın alqı-satqısı üzrə müqavilənin müddəti isə 2026-cı ildə başa çatacaq, həmin vaxta qədər Gürcüstan hər il 500 milyon kubmetr qazı güzəştli qiymətə alacaq”, - qurumdan bildirilib.

Korporasiyadan qeyd olunub ki, 2024-2025-ci illərdə Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin 30 milyard kub metrə qədər artırılması planlaşdırılıb və bu o deməkdir ki, tranzitin müqabilində Gürcüstanın əldə edəcəyi ucuz qazın həcmi də artacaq.

Son xəbərlər