Azərbaycan ilin yanvar-fevral ayları ərzində 1 937,7 ton həcmində kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
Bu məhsulların ümumi idxal dəyəri 9 milyon 483,8 dollar olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsulların idxal həcmi 11,2 faiz, idxal dəyəri isə 12,2 faiz azalıb.
Təkcə ilin fevral ayı ərzində xaricdən 867,3 ton həcmində kərə yağı və süddən hazırlanmış digər yağlar alınıb ki, onların ümumi dəyəri 4 milyon 118,4 dollar olub.
Fevral ayındakı idxal həcmi 2020-ci ilin fevral ayı ilə müqayisədə 26,2 faiz, idxal dəyəri isə 29,4 faiz azalıb.
комментариев