Лондон
C

Rusiya Azərbaycandan pomidor idxalı ilə bağlı məhdudiyyətləri qismən ləğv etdi

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan Respublikasından pomidor idxalı ilə bağlı məhdudiyyətləri qismən ləğv edib.

17 mart 2021-ci il tarixindən etibarən “Rosselxoznadzor” Rusiyanın Azərbaycanın daha 4 müəssisəsindən pomidor idxalına icazə verib.

Bu qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti, habelə birgə videogörüşlər zamanı müzakirə edilən nümunələrin fitosanitar ekspertizasının nəticələrindən sonra verilib.

Xatırladaq ki, “Rosselxoznadzor”(Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) məhsulların tərkibində zərərvericilərin aşkarlanması səbəbilə dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalını qadağan edib. Daha sonra müvafiq qurumların ikitərəfli danışıqlarının nəticəsi olaraq mərhələli şəkildə sahibkarlıq subyektlərinin Rusiyaya pomidor ixracına icazə verilib.

Qeyd edək ki, Rusiya Azərbaycanın müvafiq məhsul üzrə ən iri bazarlarından biri hesab olunur. Azərbaycan 2020-ci il ərzində xaricə 187 539,4 ton tomat (pomidor məhsulu) ixrac edib və ixrac edilən məhsulun ümumi dəyəri 201 milyon 353,5 min dollar olub.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев