​Bakıda qadını vurub, öldürən yeniyetməyə hökm oxunub » Median.Az News Agency


​Bakıda qadını vurub, öldürən yeniyetməyə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Qurbanəli Qurbanovun СM-nin 263-1.3 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il dekabrın 21-də saat 19 radələrində Nobel prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Ləman Süleymanlı (1981-ci il təv.) vurulub. Nəticədə zərərçəkmiş aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Bakı ş. Baş Polis İdarəsi və Xətai RPİ 37-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Qurbanov olması müəyyən edilib və o, saxlanılıb. Araşdırma zamanı məlum olub ki, sürücünün 16 yaşı var və onun sürücülük vəsiqəsi yoxdur.
Mərhum L.Süleymanlı özəl banklardan birində çalışıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          767 07.09.19 14:13