Oğrular dəniz dibinə üz tutdular: sualtı rəsədxana yoxa çıxıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |    

Oğrular dəniz dibinə üz tutdular: sualtı rəsədxana yoxa çıxıb

Baltik dənizinin dibində yerləşən sualtı rəsədxana yoxa çıxıb.

Bu barədə Almaniyanın Helmots adına GEOMAR Okean tədqiqatları mərkəzinin saytında məlumat yerləşdirilib.

Qeyd edilir ki, avqustun 21-dən etibarən rəsədxanadan siqnallar daxil olmur.

Məlumata əsasən, məsələyə aydınlıq gətirmək üçün rəsədxanaya dayverlər göndərilib. Lakin onlar stansiyanın əvəzinə təkcə məlumatları ötürən kəsilmiş kabeli aşkar ediblər.

Elmi məlumatların toplanılmasına xidmət edən bu rəsədxana Almaniyanın qayıq və balıqçı gəmilərinə qadağa edilmiş şimal sahilində yerləşirdi.

Qurğu çox ağır olduğu üçün polis onun qasırğa, sualtı axın, yaxud da dəniz heyvanları səbəbindən yoxa çıxdığını düşünmür. Hüquq-mühafizə nümayəndələrinin fikrincə, stansiya oğurlanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 721 07.09.19 14:00