Nəsimi rayonunda quldurluq edən 2 nəfər saxlanılıb » Median.Az News Agency


Nəsimi rayonunda quldurluq edən 2 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Ş.Sadıxlı 2 naməlum şəxsin onu döyüb 60 manat pulunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Q.Soltanov və Sumqayıt şəhər sakini R.İsrafilov saxlanılıblar.

Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          429 07.09.19 13:47