Həbsdə olan məşhur repçinin vəkilini güllələdilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Həbsdə olan məşhur repçinin vəkilini güllələdilər

Məşhur repçi ASAP Rokinin vəkili Stokholmda güllələnib.

Repçinin hüquqlarını müdafiə edən Henrik Olsson Lilye İsveçin paytaxtında açılan atəş nəticəsində ağır yaralanıb.

TMZ-nin yayımladığı məlumata görə, vəkil evdən çıxarkən hücuma məruz qalıb. O, başından və sinəsindən naməlum şəxs tərəfindən güllələnib. Sonra cinayətkar binadan qaçıb və çöldə onu gözləyən maşına əyləşərək, naməlum istiqamətə gedib.

Lilye xəstəxanaya çatdırılıb.

Ona hücum edən şəxs isə bir müddət sonra saxlanılıb.

Bildirilib ki, bu hücumun vəkilin repçinin maraqlarını təmsil etməsi ilə heç bir əlaqəsi yoxdur. Polislərin fikrincə, Henrikin yaralanması şəxsi səbəblərdən qaynaqlanır.

Qeyd edək ki, “ASAP Rocky” dostları ilə birgə Stokholmda küçədən keçən şəxsləri döyüb.

Şahidlərin sözlərinə görə, hadisə şəhərin məşhur restoranlarından birinin yaxınlığında baş verib. Dava musiqiçinin tanışları ilə yoldan keçən iki şəxs arasında olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 643 07.09.19 13:30