Şabranda tanışını öldürmək istəyən şəxs 4 il cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |     13:58 Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?  |     13:57 Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO  |     13:56 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib  |     13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |     13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |    

Şabranda tanışını öldürmək istəyən şəxs 4 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Şabran rayon sakini Fərid Musayevin (1997-ci il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, hadisə bu il yanvarın 30-da rayon ərazisindəki "Aygünlü" Ticarət Mərkəzinin qarşısında baş verib. Aygünlü kənd sakini Elçin Şükürov (1986-cı il təv.)
kəsilmiş-deşilmiş yaraları ilə Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlər tərəfindən həyatı xilas edilib.

Müəyyən edilib ki, yanvarın 30-u axşam saat 17 radələrində Fərid Musayev qısqanclıq zəminində öldürmək məqsədi ilə Elçin Şükürovu bıçaqlayıb. Lakin ətrafdakı vətəndaşların müdaxiləsi nəticəsində onun niyyəti baş tutmayıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, cinayətin aləti olan bıçaq götürülüb,
F. Musayev şübhəli şəxs qismində tutulub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 880 07.09.19 13:16