Azərbaycanda qız üstə dava - 22 yaşlı gənc qısqanıb bıçağa əl atdı » Median.Az News Agency


Azərbaycanda qız üstə dava - 22 yaşlı gənc qısqanıb bıçağa əl atdı
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Fərid Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
Trend-ə istinadən bildirir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Musayev 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il yanvarın 30-da Şabran rayon ərazisindəki ticarət mərkəzinin qarşısında 32 yaşlı Elçin Şükürov sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, yanvarın 30-u axşam saat 17 radələrində rayon sakini, 22 yaşlı Fərid Musayevlə Elçin Şükürov arasında qısqanclıq zəminində mübahisə yaranıb. Nəticədə F.Musayev E.Şükürovu öldürmək məqsədilə bıçaqlayıb. Məlum olub ki, mübahisə qız üstündə olub.

F.Musayev Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham olunub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          511 06.09.19 23:40