Həbib Nurməhəmmədov - Porye döyüşü: hazırlıq gedir... » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Həbib Nurməhəmmədov - Porye döyüşü: hazırlıq gedir...

Mütləq döyüş çempionatının (UFC) çempionu, rusiyalı Həbib Nurməhəmmədov Abu-Dabidə Porye ilə döyüş ərəfəsində çəkisini zəruri həddə çatdırıb.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, həm Nurməhəmmədov, həm də onun rəqibinin çəkisi 70,3 kiloqram olub.

Yüngül çəki dərəcəsində (70,3 kiloqrama qədər) döyüş sentyabrın 7-də Əbu-Dabidə (BƏƏ) olacaq. Xatırladaq ki, 2017-c ilin baharında amerikalı Toni Fergüsona qarşı döyüşdə Nurməhəmmədovun çəki ilə bağlı problemləri ucbatından həmin döyüş baş tutmadı.

2018-ci ilin aprelində rusiyalı idmançı amerikalı El Yakvinta ilə döyüşdə çempion kəməri qazanıb və o vaxtdan bəri kəməri özündə saxlayır. 2018-ci ilin oktyabr ayında Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qalib gələrək çempion adını uğurla saxlayıb. 30 yaşlı Nurməhəmmədov peşəkar rinqdə keçirdiyi 27 döyüşün hamısını qələbə ilə başa vurub.

Porye bu il aprelin 14-də öz həmvətəni Maks Hollouey ilə döyüşdə hakimlərin yekdil qərarına əsasən qalib gəlib və təşkilatın müvəqqəti çempionu titulunu qazanıb. 30 yaşlı Poryenin aktivində 25 qələbə və 5 məğlubiyyət var, daha bir döyüş isə baş tutmamış hesab edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 369 06.09.19 19:31