Xızıda yetkinlik yaşına çatmayan qıza qarşı seksual hərəkətlər edildi - TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Xızıda yetkinlik yaşına çatmayan qıza qarşı seksual hərəkətlər edildi - TƏFƏRRÜAT

Xızı rayonunda yetkinlik yaşına çatmayan şəxsə təcavüz edən şəxsə cinayət işi açılıb.

Median.Az
teleqraf.com-a istinadən xəbər verir ki, Xızı rayon sakini Əvəz Qocayevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Əvəz Qocayev rayon ərazisində yetkinlik yaşına çatmayan Səbinə Məmmədovaya (ad və soyad şərtidir - red.) qarşı seksual xarakterli hərəkətlər edib. Zərərçəkmişin şikayəti əsasında Əvəz Qocayev həbs edilib.

Cinayət işi baxılması üçün Xızı rayon Məhkəməsinə göndərilib. Hakim İsgəndər Hacıyevin sədrliyi ilə baş tutan qapalı prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra ifadə verən Əvəz Qocayev özünü qismən təqsirli bilib. O, hadisənin təfərrüatını qapalı iclasda danışıb. Növbəti iclas sentyabrın 9-na təyin olunub.

Qeyd edək ki, Əvəz Qocayevin törətmiş olduğu cinayət sübuta yetirilsə, onu 3 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 528 06.09.19 18:08