Özünü İcra Hakimiyyətinin rəsmisi kimi təqdim edən dələduza hökm oxundu » Median.Az News Agency


Özünü İcra Hakimiyyətinin rəsmisi kimi təqdim edən dələduza hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Teyyub Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, T.Quliyev səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Məlumata görə, o, özünü Şirvan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi kimi təqdim edərək, sənəd düzəltmək adı ilə vətəndaşlardan pul alaraq mənimsəyib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          773 06.09.19 14:36